Beynəlxalq Cinayət Məhkəməsi onların həbsinə order verdi

Siyasət
00:07 / 09.07.2025
3196
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Taliban qruplaşmasının lideri Heybətullah Axundzadə və Əfqanıstan Ali Məhkəməsinin rəhbəri Əbdül Hakim Həqqaninin həbsinə order verib.
Sfera.az xəbər verir ki, bu barədə BCM-in saytında məlumat verilib.
Bildirilir ki, Axundzadə və Həqqani qadınlara qarşı gender əsaslı təqibləri sifariş etmək, təhrik etmək və ya təşviq etməklə insanlığa qarşı cinayətlər törədiblər.