Azərbaycanın mövqeyi qəbul olunub: Əbu-Dabi görüşünün - DETALLARI

Azərbaycanın mövqeyi qəbul olunub: Əbu-Dabi görüşünün - DETALLARI

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.

 

Sfera.az xəbər verir ki, görüşün sözügedən ölkədə keçirilməsi heç də təsadüfü deyil.

 

BƏƏ Azərbaycana qarşı dost mövqeyi ilə seçilir və illərdir sözügedən prosesdə Azərbaycana qarşı qərəz nümayiş etdirməyib. Həmçinin o da qeyd olunmaldır ki, BƏƏ həm Azərbaycanda, həm də Ermənistanda ən böyük investorlardandır. İkitərəfli təmaslar BƏƏ-də keçirilsə də, sözügedən ölkə burada hər hansısa tərəf rolunu oynamır. Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin israrı ilə görüş vasitəçi olmadan həyata keçirilir.

 

Əbu-Dabidə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı gözlənilməsə də, sülh istiqamətində vacib addımlar atılacağı bildirilir. Görüşün əsas mövzularında biri də Zəngəzur dəhlizinin açılması olacaq.

 

Görüşlə bağlı əsas məqam Nikol Paşinyan administrasiyası və bütövlükdə Ermənistanın Azərbaycanın sülh konsepsiyasını qəbul etməsidir. Bu da Əbu-Dabi danışıqlarının formal görüş olmadığını göstərir. Heç şübhəsiz ki, Cənubi Qafqazda sülhü pozmaq istəyən xarici qüvvələr vardır. Buna görə də sülhü əldə etmək və onu qorumaq üçün region ölkələrinin əməkdaşlığı vacibdir.


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...