"Ermənistanın bu davranışı qeyri-dost addımıdır" - Rusiya XİN

“Rusiya rus vətəndaşlarının Ermənistana girişinə qadağa qoyulmasını qeyri-dost addım kimi qiymətləndirir”.
Sfera.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, Ermənistanın "qara siyahı"sı ilə bağlı mövzuya "kifayət qədər tez-tez" münasibət bildirməli olurlar.
“Biz Rusiya vətəndaşlarının Ermənistana girişinə qadağa qoyulmasını qeyri-dost addım hesab edirik”,– deyə Zaxarova vurğulayıb. Onun sözlərinə görə, bu addım Moskva ilə İrəvan arasında münasibətlərin xarakterinə ziddir.
Xatırladaq ki, 2022-ci ildə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulmuş və o, ölkənin "qara siyahı"sına salınmışdı.
Fidan Hacızadə
Sfera.az