Neftin gözlənilən MİNİMAL QİYMƏTİ - Ölkə iqtisadiyyatına təsiri olacaq? - ŞƏRH
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,19 ABŞ dolları, yaxud 3,22 % artaraq 102,30 ABŞ dollarına çatıb. Ümumilikdə, neftin qiymətində son günlər müəyyən fərqlə dəyişikliklərin olduğu müşahidə edilir. Mövzu ətrafında danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sfera.az-a açıqlamasında bildirib ki, neftin qiyməti Ukrayna-Rusiya müharibəsindən sonra aşağı düşəcək: "Ukraynada konflikt hərbi fazaya keçəndə belə neftin qiymətində hansısa böyük