Logo

Rublun ucuzlaşması daha bir şirkəti "VURDU" - Bu avtomobillər 15 faiz bahalaşdı

Rublun ucuzlaşması daha bir şirkəti "VURDU" - Bu avtomobillər 15 faiz bahalaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyanın "AvtoVAZ” şirkəti martın 1-dən etibarən "Lada” avtomobillərinin qiymətlərini kəskin şəkildə qaldırıb.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, istehsalçının yenilənmiş qiymət siyahılarına əsasən, bütün model diapazonu üçün orta artım təxminən 15% təşkil edib.

Mövcud qiymət siyahısına əsasən, tanınmış modellərdən "Lada Granta”nın minimum qiyməti 685 min rubl (+14%), "Vesta”nın qiyməti 1 milyon 33 min rubl (+20%) olub.

Son bir ildə ikinci dəfədir ki, "Lada” avtomobillərinin qiyməti artır. Əvvəllər qiymətlərdəki artım bir qayda olaraq, 1-3%-i keçmirdi. Bu dəfə qiymətlərin kəskin artması rublun ucuzlaşması ilə bağlıdır. Rubl son bir neçə gündə 40 faizdən çox ucuzlaşıb.


Vasif
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR