İqtisadi vəziyyət gərginləşir: Rusiyada çalışan həmyerlilərimiz Azərbaycana geri qayıdırlar?

İqtisadi vəziyyət gərginləşir: Rusiyada çalışan həmyerlilərimiz Azərbaycana geri qayıdırlar?
"Hava məkanlarının bağlanması Rusiya üçün müxtəlif sahələr kimi logistik fəaliyyətdə də ciddi problemlər yaradacaq”.
 
Bunu Sfera.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, daşınma xərcləri məhsulun maya dəyərinin formalaşmasında əhəmiyyətli rol oynadığı üçün son tədarük nöqtəsinə çatdırılma daha baha başa gələcək və sanksiyanın tətbiq edilmədiyi xarici bazarlarda rəqabət üçün əlverişsiz qiymətin formalaşması müşahidə ediləcək:

"İxraca qoyulmuş qadağa, ixrac məhsullarının realizə edilməsində ciddi problemlər yaradacaq. Tez xarab olan malların xarab olmasına, onsuz da sanksiyaların digər formalarından zərər görəcək dövriyyələrin azalmasına və fəaliyyətin tənəzzülünə rəvac verəcək. Texnoloji avadanlıqların idxalına qoyulmuş qadağa isə  onsuz da texnoloji istehsal və xidmət sahələrində dünyanın aparıcı ölkələrindən geri qalan Rusiyanı daha da geri atacaq. "Şimal Axını 2” layihəsinə sanksiyanının aradan qaldırılacağı təqdirdə belə, bu  işlərin gözləntilərə uyğun yekunlaşmasını qeyri-mümkün edəcək. Rusiya sənayesi hərbi sənaye də daxil olmaqla bütün sahələr üzrə  innovativ həllərin və yeni texnoloji yanaşmaların tətbiqində idxaldan çox asılıdır. Odur ki, idxala qoyulmuş sanksiya heç də ixraca qoyulan sanksiyadan az təhlükəli deyil”.

Müsahibimiz qeyd edib ki, sanksiyalar fərqli ölkələrdə fərqli mənzərə ortaya qoyacaq:

"Bu da daha çox Rusiya ilə ticarət dövriyyəsinin həcmindən və sahələrindən asılıdır. O ki qaldı sanksiyaların Azərbaycana təsirlərinə, bu haqda birmənalı fikir demək mümkün deyil. Bu, sahələrdən asılı olaraq dəyişir. Ən böyük zərəri isə Rusiyada istehsalı azalan və Azərbaycanın bu məhsulun idxalında Rusiyadan asılı olduğu istiqamətlərdə mümkündür. İkinci bir mənfi təsiri də Rusiyada çalışan azərbaycanlıların  fəaliyətlərinə aid olan təsirlərdir. Bu təsir təkcə onların gəlirlərinin azalmasında deyil, eyni zamanda Azərbaycanda yaşayan ailələrinin də həyat şəraitinə ciddi yansıyacaq.

Amma düşünürəm ki, bu sanksiyalar azərbaycanlıların Rusiyadan çıxıb Azərbaycana üz tutmasına gətirib çıxarmayacaq. 30 ilin təcrübəsi onu göstərir ki, ən böhranlı situasiyalarda azərbaycanlılar vəziyyətə uyğun alternativ yollar taparaq Rusiyada olan biznes fəaliyyətlərini  bu və ya digər formalarda quraraq yenidən çalışıblar”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bodrumda Elgizin başına gələnlər

Aparıcı Elgiz Əkbər Bodrumda istirahətdə olarkən başına gələni danışıb.   Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, aparıcı verilişində bir daha ...

"Tehranın artıq suyu yoxdur, paytaxt köçürülməlidir” - Pezeşkiyan

İran ciddi su böhranı ilə üzləşib. Prezident Məsud Pezeşkiyan vəziyyətin kritik olduğunu bildirərək, paytaxt Tehranın köçürülməsini təklif edib.  Sfer...

“Azərçay”la bağlı iddialara “Azersun”dan cavab: "Dəyişiklik yoxdur"

"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynında və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur"...

Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub

Pirallahı rayonunda keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini 50 y...

Gəncədə ev yanır

Gəncədə yanğın hadisəsi baş verib.   Sfera.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavdaxan qəsəbəsində qeydə alını...

Ermənistanla sərhəddə nüvə təhlükəsi: “Partlamağa hazır saatlı bombadır”

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Mütəxəssislər sovet dövründə inşa edilən bu nüvə obyektin...