UNİAN: Belarus ordusu Ukraynaya daxil olub
Kateqoriya məlum deyil
Belarusa məxsus hərbi birləşmələr bu gün Ukraynaya hücum edib.
Vasif
Sfera.az Ukraynanın UNİAN informasiya agentliyinə istinadən xəbər verir ki, bu məlumatı "Şimal” ərazi müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillov təsdiqləyib.
Məlumata əsasən, Belarus qoşunları Ukraynanın şimalında, Rusiya və Belarus sərhəddində yerləşən Çerniqov vilayətinə daxil olub. Bu vilayət Kiyev vilayətinin şimal tərəfində yerləşir.
Xatırladaq ki, Ukrayna ərazisinə Belarusdan hərbi müdaxilə ilk gündən müşahidə edilir. Lakin indiyə qədər hücum edən qüvvələr Belarusa yox, Rusiyaya məxsus idi.Vasif






