“Visa” və “MasterCard” rus bankları ilə əməkdaşlığı dayandırıb

“Visa” və “MasterCard” rus bankları ilə əməkdaşlığı dayandırıb
"Visa” və "MasterCard” şirkətləri Rusiya bankları ilə əməkdaşlığı dayandırıb.

Sfera.az xəbər verir ki, hər iki şirkət bu addımı sanksiyaların təsiri altına düşməmək üçün atıb.

Hər iki aparıcı şirkətin Rusiya bankları ilə əməkdaşlığı dayandırması dollar və avro ilə əməliyyat aparılmasını çətinləşdirəcək. Çünki "Visa” ödəniş sistemi üçün əsas valuta ABŞ dollarıdır. Burada valyuta konversiya ilə bağlı bütün əməliyyatlar dollarla aparılır. "MasterCard” ödəniş sistemi üçün əsas valyuta həm ABŞ dolları, həm də avrodur.

"Visa” və "MasterCard”ın qərarlarından sonra xarici ölkələrlə əməliyyatlar aparmaq, dollar və ya avro ilə plastik kartlarla ödəniş etmək, onlayn ticarəti həyata keçirtmək mümkün olmayacaq. Rusiyada şəxslər yalnız ölkə daxilində aparılan əməliyyatlar zamanı bu plastik kartlardan istifadə edəcəklər.

Xatırladaq ki, adıçəkilən şirkətlərin rus bankları ilə əməkdaşlığının dayandırılmasına Rusiyanın Ukraynaya 2014-cü ildə müdaxiləsindən sonra da qeydə alınmışdı.

Vasif

OXŞAR XƏBƏRLƏR