Rusiyanın Ukraynaya vurduğu ziyan - Qərb təzminatı belə alacaq

Rusiyanın Ukraynaya vurduğu ziyan - Qərb təzminatı belə alacaq

"Rusiyanın Avropa banklarındakı hesablarına blok qoyulub. Bu 600 milyard dollara yaxın bir məbləğdir. Rəsmi Moskva Ukraynaya müharibə təzminatı verməkdən imtina etsə, Avropa bankları da blokladığı Rusiyaya məxsus pulları Ukraynaya təzminat kimi verə bilər”.

 

 

Bu sözləri Sfera.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevdeyib.


 


 

 

 

Onun sözlərinə görə, Rusiya Ukraynaya müharibə elan edərək faktiki olaraq beynəlxalq hüququn normalarını kobud şəkildə pozdu:

 

 

"Müharibə bu gün də davam edir və hər gün Rusiyanın Ukraynaya vurduğu ziyan artır. Qərbin sanksiyaları fonunda onsuz da pis vəziyyətdə olan Rusiya iqtisadiyyatı daha da ağır vəziyyətə düşsə də reallıq ondan ibarətdir ki, müharibə rəsmi Kiyevə də kifayət qədər ziyan vurub və vurmaqda da davam edəcək. Kremlin müharibəni hələ nə qədər davam edəcəyi məlum olmasa da, gec-tez Ukraynaya təzminat ödəməli olacaq.

Rusiya bu təzminatı öz xoşu ilə verməsə, mümkündür ki, onun Avropa banklarında bloklanan pulları müharibə təzminatı kimi Ukraynaya verilsin. Bu isə Rusiya iqtisadiyyatına Qərb tərəfindən vurulan ən böyük zərbə olacaq”.

 

Turan Rzayev

 


OXŞAR XƏBƏRLƏR

Ukrayna savaşı ilə bağlı MÜHÜM AÇIQLAMA: “Yalnız bu halda bitəcək”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynadakı münaqişəyə necə son qoyulacağını açıqlayıb.   Sfera.az bildirir ki, bu barədə...

Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olundu - FOTO

Azərbaycan və Braziliya arasında turizm əlaqələrin inkişaf perspektivləri noyabrın 22-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Braziliyanın turizm na...

Oğuzhan Koç pulunu hara yatırdığını AÇIQLADI: "Ən məntiqlisi budur..."

Türkiyəli müğənni Oğuzhan Koç qazancını necə istifadə etdiyini açıqlayıb.   Sfera.az bildirir ki, ifaçı bu barədə jurnalistlərin suallarını cavablan...

"Real" klubu Luka Modriçə əvəzləyici tapıb

İspaniya təmsilçisi "Real" (Madrid) cari mövsümün sonu komandanı tərk edəcək Luka Modriçə əvəzləyici tapıb.   Sfera.az xəbər verir ki, &quo...

Merkel Trampın bu qərarından NARAHATDIR: “Dünyaya meydan oxuyur”

Almaniyanın keçmiş kansleri Angela Merkelin Trampın addımlarından narahat olduğu bəlli olub.   Sfera.az bildirir ki, bu barədə Merkel “Der Spie...

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA

Bu ilin yanvar-oktyabr ayları ərzində 31 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. &n...