Ev tikmək istəyənlərin nəzərinə: Bu bazarlarda qiymətlər...
Azərbaycanın tikinti materialları bazarında 2021-ci ilin may ayından müşahidə olunan yüksək qiymət artımları hələ də davam edir. Ötən ilin aprelində illik müqayisədə tikinti materiallarının qiymət indeksi 3,4 faiz artdığı halda, mayda bahalaşma sürəti 6,8 faizə, sentyabrda 10,9 faizə, dekabrda 13,5 faizə yüksəlib. Sfera.az xəbər verir ki, 2022-ci ildə bahalaşma sürəti bir qədər də güclənib və martın sonunda tikinti materiallarının qiymətində ümumi artım 15,2 faizə çatıb. Ayrı-ayrı tikinti