Finlandiya və İsveç NATO-ya bu tarixdə qoşula bilər - AÇIQLAMA

Finlandiya və İsveç NATO-ya bu tarixdə qoşula bilər - AÇIQLAMA
"Finlandiya və İsveçin NATO-ya qoşulması təbii ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra aktual mövzu olub. Hər iki dövlətin yay aylarında alyansa üzv olması qaçılmazdır”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Müsahibimiz bildirib ki, Finlandiya və İsçevin Rusiya ilə apardığı diplomatik münasibətlər artıq yeni mərhələyə keçir:

"Ümumiyyətlə, Avropanın təhlükəsizlik arxitekturası pozulub. Ona görə də soyuq müharibədən qalmış münasibətlər sistemi yeni qanunda artıq genişlənməli və dövlətlər öz xarici strategiyasında  yeni hədəflər seçməlidir. Artıq Finlandiya və İsveç Rusiya tərəfindən öz təhlükəsizliyi üçün təhdid görür. Düşünürəm ki, bu ölkələrin NATO-ya qoşulması mütləq olacaq”.

Politoloq qeyd edib ki, Rusiya Finlandiya və İsçevə müəyyən təzyiqlər edə bilər:

"Amma bu o demək deyil ki, Ukraynadakı kimi hərbi müstəviyə əl atacaq. Çünki artıq Rusiyanın da o imkanları yoxdur. Yeni cəbhə açmaq bu ölkənin əleyhinədir, bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilər. Fikrimcə, Finlandiya və İsçev NATO-ya üzv olsa da, Rusiya təhdidlərinin heç bir əhəmiyyəti olmayacaq”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR