Putinin çıxışı zamanı Rusiya televiziya kanallarına kiber hücum edildi

Media
16:56 / 09.05.2022
904
Bu gün Rusiya televiziya kanallarına kiber hücum edilib.
Sfera.az bildirir ki, hadisə Rusiya prezidenti Vladimir Putinin çıxışı zamanı baş verib. Belə ki, Putin çıxış edərkən Rusiya-Ukrayna müharibəsinə toxunaraq, "Rusiya təcavüzə qabaqlayıcı cavab verdi. Bu, lazımlı, vaxtında və yeganə düzgün qərar idi. Suveren, güclü və müstəqil bir ölkənin qərarı", deyə söyləyib. Bu zaman kanallar kiberhücumlara məruz qalıb. Hücum MTS mobil operatoru NTV Plus, Rostelecom və Wink tərəfindən ötürülən müxtəlif kanalların onlayn tamaşaçılarına təsir edib.
Ekranlarda ukraynalı hakerlər "Minlərlə ukraynalının və onların yüzlərlə övladının qanı sizin əlinizdədir. Televiziyalar və səlahiyyətlilər yalan danışır. Müharibəyə yox!", sözlərini yayımlayıblar.
Günay Rəsulqızı
Sfera.az