Zelenski Patron adlı iti təltif etdi - FOTOLAR

Media
12:16 / 10.05.2022
834
Ukraynada maraqlı anlar yaşanıb.
Sfera.az bildirir ki, dünən Kiyevdə keçirilən mətbuat konfransında Patron adlı it Ukraynada prezident Zelenski tərəfindən medalla təltif edilib. Buna səbəb isə sözügedən itin Rusiya müharibəsi başlayandan bəri 250-dən çox partlayıcı aşkar etməsi olub.
"Bu gün minalarımızı təmizləmiş Ukrayna qəhrəmanlarını mükafatlandırmaq istəyirəm. Qəhrəmanlarımızla birlikdə partlayıcı maddələrin zərərsizləşdirilməsinə kömək edən, həm də uşaqlarımıza lazımi təhlükəsizlik qaydalarını öyrədən gözəl Patona da təşəkkür edirəm", - deyə Zelenski bildirib.
Qeyd edək ki, Patron adlı həmin it 210 mindən çox "Instagram” izləyicisi ilə dünya miqyasında sosial media fenomeninə çevrilib.
Günay Rəsulqızı
Sfera.az