Logo

Rus oliqarxın şübhəli ölümü ilə bağlı ilginc detallar üzə çıxdı: Xoruz qanı və qurbağa zəhəri…

Rus oliqarxın şübhəli ölümü ilə bağlı ilginc detallar üzə çıxdı: Xoruz qanı və qurbağa zəhəri…
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın neft nəhəngi "LUKOİL"un keçmiş icraçı direktoru və milyarder Aleksandr Subbotinin şübhəli ölümü ilə bağlı ilginc detallar üzə çıxıb.

Sfera.az xarici KİV-ə istinadla bildirir ki, milyarderin müalicə üçün yanına getdiyi şamanın verdiyi qurbağa zəhərindən öldüyü iddia edilir. Onun Moskvanın Mitiş rayonunda keçirilən şaman ritualında öldüyü bildirilir.

İddialara görə, Subbotinə burada "alternativ təbabət” adı altında qurbağa zəhərindən və xoruz qanından ibarət qarışım verilib. Ətrafda olan şəxslər milyarderin vəziyyətinin pisləşməsinə baxmayaraq, həkim briqadasına zəng etməyiblər və Korvalol adlı bitki mənşəli dərman vasitəsi ilə xəstəni sağaltmağa çalışıblar. Lakin bu üsul faydasız olub.

Qeyd edək ki, Aleksandr Subbotin bir müddət əvvəl "Novaya Transportnaya kompaniya” logistika şirkətinin rəhbəri vəzifəsinə keçmişdi.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR