Bulvarda “KOB Fest” keçirilir - FOTOREPORTAJ
Bugündən başlayaraq 2 gün ərzində Bakı Bulvarında (Kukla Teatrının arxasında) bu ilin son “KOB Fest” – sərgi-satış yarmarkası keçirilir. Sfera.az xəbər verir ki, “KOB Fest” saat 10:00-dan 18:30-a qədər açıq olacaq. Yarmarkada 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox çeşiddə məhsul və xidmətləri təqdim edilərək satılır. Alıcılara əsasən bal, şirniyyat məhsulları, kofe, sərinləşdirici içkilər, zəfəran, mürəbbə, əzmələr, sənətkarların və yaradıcı şəxslərin əl işləri, toxuculuq