Ermənistanın törətdiyi Bərdə terrorundan 2 il ÖTÜR

Ermənistanın törətdiyi Bərdə terrorundan 2 il ÖTÜR

Ermənistanın törətdiyi Bərdə terrorundan iki il ötür.

 

Sfera.az xatırladır ki, Ermənistan Silahlı Qüvvələri oktyabrın 27-də xain və qəddarcasına cəbhədən kənarda yerləşən Qarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutub.

 

Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızı şəhid olub, 13 nəfər xəsarət alıb.

 

Oktyabrın 28-də şəhərə növbəti raket hücumu nəticəsində Yalçın Rizvan oğlu İsgəndərov, Ağamoğlan Bəylər oğlu Quliyev,  Hümbət Süleyman oğlu Süleymanov, Solmaz Sədrəddin qızı Qasımova, Fazil Hacı oğlu Hacıyev, Leyla Elmir qızı Mustafayeva, Məhərrəm Ənvər oğlu Mustafayev,  Çərкəz Xanlar oğlu Mirzəliyev, Gülşən Mehrab qızı Hüseynova,  Mirsaqi Yusif oğlu Əhmədov,  İntiqam Ələmdar oğlu Xıdırov, Əsgər Mahir oğlu Allahverdiyev, Ruslan Məhəmməd oğlu Abbasov,  Sadiq Sahib oğlu Əliyev,  Fuad İsa oğlu İsmayılov, Amil Fazil oğlu Cəfərov, Dəyanət Tahir oğlu Kazımov,  Vasif Vaqif oğlu İsmayıllı, Rəşaf Vaqif oğlu Şəfiyev,  Tüкəzban Çərкəz qızı Mirzəliyeva,  Niftalı Səlim oğlu Paşayev həlak olub və 60 nəfər yaralanıb.

 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi ərzində Bərdə rayonu və şəhər mərkəzi 3 dəfə - 5, 27 və 28 oktyabrda Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb. Rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

 


OXŞAR XƏBƏRLƏR

Şanxay limanı yük dövriyyəsinə görə liderdir

Şanxay limanı 2024-cü ildə yük dövriyyəsinə görə dünya liderliyini qoruyub saxlayıb.   Sfera.az bu barədə hökumətin ötən ilin işlərinin yekunlarını ə...

Keyt Middlton xərçəngə qalib gəldi

Martın 22-də xərçəng xəstəliyinə tutulduğu və kimyaterapiyadan keçdiyi açıqlanan Uels şahzadəsi Keyt Middlton müalicəsinin başa çatdığını və sağalma mərhələsind...

FORBES Heydər Əliyev Mərkəzindən yazdı - FOTOLAR

Dünyanın məşhur jurnalı “Forbes” jurnalı italiyalı heykəltəraş Canfranko Megiatonun Heydər Əliyev Mərkəzində keçirilən “Görünməyənin cizgiləri...

"Bu saziş regionda yeni gərginliyə səbəb olacaq" - Politoloq

ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi müzakirə obyektinə çevrilib. Bu addımın mümkün nəticələri gündəmdədir.   ...

Avtobus sürücüləri bu hallarda işdən çıxarılır - RƏSMİ

Avtobus sürücüləri, sərnişinləri daşıyan şəxslər olaraq, yollarda yüksək məsuliyyət daşıyır və xüsusi peşə tələblərinə uyğun gəlməlidirlər.   Sfera.a...

"Unibank" 2024-cü ilin maliyyə nəticələrini AÇIQLADI

Unibank 2024-cü il ərzində müştərilərinə yüksək səviyyədə xidmət göstərməkdə davam edib. Bank aktiv kreditləşməni həyata keçirərək, ölkə iqtisadiyyatına öz töhf...