Logo

“Ginnesin Rekordlar Kitabı”na düşən Azərbaycan muzeyindən FOTOREPORTAJ

“Ginnesin Rekordlar Kitabı”na düşən Azərbaycan muzeyindən FOTOREPORTAJ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan bir sıra məsələlərdə “ilk”lərlə yadda qalıb. Bunlardan biri də dünyada ilk özəl miniatür kitab muzeyidir. Muzey 2002-ci il aprelin 23-dən Bakıda fəaliyyət göstərməyə başlayıb. Muzey İçərişəhərdə, Şirvanşahlar Sarayının yaxınlığında yerləşir.

Sfera.az-ın əməkdaşı sözügedən muzeydən fotoreportaj hazırlayıb.

Qeyd edək ki, muzey Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətdə toplanmış nadir kolleksiya əsasında yaradılıb. Bu gün muzeydə 145 kv.m. sahədə 39 şüşələnmiş vitrində 5600 miniatür kitab, o cümlədən, Ginnes rekordları kitabının standartlarına uyğun, ölçüləri 75x75 mm qədər olan 3370 ədəd miniatür kitab nümayiş etdirilir. Ekspozisiyanın "Azərbaycanda nəşr olunmuş miniatür kitablar", "Nadir miniatür kitablar", "Dini ədəbiyyat miniatür kitablarda", A.S.Puşkinin sağlığında 1837-ci ildə Sankt-Peterburqda işıq üzü görmüş "Evgeni Onegin" poemasının da daxil olduğu "Puşkiniana" kimi bölmələri böyük maraq doğurur.

Onların arasında "H.Əliyev. Əsrin müqaviləsi" kimi 1998-ci ildə Bakıda nəfis tərtibatda nəşr olunmuş kitab, habelə 1815-ci ildə Londonda buraxılmış "İngiltərə tarixi" və digər nadir nüsxələr diqqəti, xüsusilə, cəlb edir. Muzeyə gələnlər Azərbaycan, Rusiya, ABŞ, Yaponiya, İngiltərə, Fransa, İtaliya, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Kuba, İsveçrə və keçmiş SSRİ respublikalarında nəşr edilmiş miniatür kitablarla tanış ola bilərlər. Dünyanın 62 ölkəsində çap olunan, olduqca rəngarəng kitablar seyrçilərə təqdim olunur. Kitabların əksəriyyəti ingilis dilində çap olunanlardır. Onların ölçüsü 2 millimetrdən 10 millimetrə qədərdir.

Kolleksiyadakı ən kiçik kitab Yaponiyada çap edilən 3 mikrokitabdır. Kitablar – "Doğum daşı", "Zodiak nişanları və onun rəmzləri", "Güllərin dili" adlanır. Bu kitablar 1979-cu ildə nəşr olunub. Onların cildi qoyun dərisindən hazırlanıb, ölçüsü isə 2×2 millimetrdir. Hər kitab 16 səhifədən ibarətdir, onlar da öz növbəsində 50-100 işarə göstərilir. Onların oxunması üçün öz lupası da var. Ekspozisiyanın bəzəyi olan kitablardan 1964-cü ildə Münhendə çap olunan 3,5×3,5 millimetrlik 4 kitabça, SSRİ-də çap olunan "Puşkiniana" mövzulu 19 kitabça, atalar sözləri və məsəllər külliyatını misal kimi göstərmək olar. 1985-ci ildə Moskvada "Kniqa" nəşriyyatı "Möcüzələr möcüzəsi" adlı 6×9 mm-lik A.S.Puşkinin və A.M.Qorkinin portret və kəlamlardan ibarət 5 cildli kitab nəşr edir. Bu kitabda 24 səhifə və hər səhifədə 9 sətir var. O vaxtlar bu kitabdan cəmisi 200 nüsxə çap olunub. Muzeydə dini mövzulu nadir kitablara da rast gəlmək olar. Bu, əsasən, XVII əsrə aid olan Quran nəşrləri, 4 cildli "İncil" (1906), katolik dua kitabçası, Tövrat, "Buddist hekayələri" və sairədir.

Burada olan kitabların çoxunun yaşı 100 ildən artıqdır. Muzeyin ən "qoca" kitabı 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan Quran kitabıdır. Muzeydə məşhur "Beatles" qrupunun mahnılarının sözləri toplanan və cəmi 5 nüsxəsi olan mini kitab da var. Muzeyin fondları yeni nəşrlərlə, habelə hədiyyə edilən nəşrlərlə daimi zənginləşdirilir. Muzeydə olan 4300 kitab 35 vitrində nümayiş olunur. Bundan əlavə, muzeyin ehtiyat fondunda 6000-dən çox kitab var.

Türkan,

Fotolar: Anar Bayramlı

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Gallery image 30
Gallery image 31
Gallery image 32
Gallery image 33
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
Thumbnail 30
Thumbnail 31
Thumbnail 32
Thumbnail 33
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR