Bayden Britaniya baş nazirinin adını səhv tələffüz etdi
Media
19:42 / 25.10.2022
12141
ABŞ prezidenti Co Bayden Britaniyanın yeni baş naziri Rişi Sunakın adını “Raşi Sanuk” kimi tələffüz etməklə yenidən gündəm olub.
Sfera.az xarici mətbuta istinadən bildirir ki, Bayden Ağ Evdə ziyafət təşkil edib.
Tədbirdə çıxış edən Bayden gündəmdən düşməyən səhvlərinə yeni birini də əlavə edib. İngiltərənin yeni baş naziri Hindistan əsilli Rişi Sunakın adını “Rashee Sanook” olaraq tələffüz etməklə yenidən manşetlərin əsas mövzusuna çevrilib.
Qeyd edək ki, Liz Trussın baş nazir postundan istefa verməsin sonra vəzifəyə başlayan 42 yaşlı Rişi Sunak ölkə tarixində həm ən gənc, həm də Hindistan əsilli ilk baş nazir olub.
Aynil