“Yaşma” Araz sahilinə endi: Bakının Tehrana verdiyi MESAJ TƏHLİL

“Yaşma” Araz sahilinə endi: Bakının Tehrana verdiyi MESAJ – TƏHLİL

Bir neçə gündür müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.

 

Məsələ ilə bağlı Sfera.az-a fikirlərini bölüşən politoloq Turan Rzayev qeyd edib ki, baş verənlər əslində rəsmi Bakının İrana açıq gözdağıdır:

 

“İran son zamanlar Azərbaycanı açıq şəkildə hədələyir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə, Araz çayı boyunca “Qüdrətli İran” adlı təlimlər keçirməsi də bunu bir daha təsdiqlədi. Araz çayı üzərində körpünün inşa edilməsini məşq etmək isə açıqca hədə-qorxu gəlməkdir. Rəsmi Bakının İranın təlim şantajına cavab verəcəyi bəlli idi. Lakin veriləcək cavab da ən azından İranın verdiyi mesaj qədər təsirli və adekvat olmalı idi. Rəsmi Bakı indi XTQ-ni hərbi təlimlərə cəlb edərək İrana qalib ordunun bütün istiqamətlərdən, həmçinin Araz çayı boyunca gələcək hücumlara qarşı hazır olduğu mesajını verir. Digər tərəfdən təlimlər XTQ komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə baş tutur. Hikmət Mirzəyevin adı təkcə ermənilər üçün deyil, həmçinin İran üçün ciddi narahatlıq yaradır. XTQ onun komandalığında kifayət qədər çətin tapşırıqlar yerinə yetirib. Hikmət Mirzəyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin ən təcrübəli və istedadlı zabitlərindəndir”.

 

Ekspert qeyd edib ki, ən diqqətçəkən məqam Müdafiə Nazirliyinin yaydığı fotolarda təlimləri Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersayın izləməsi idi:

 

“Bəxtiyar Ersayın təlimləri izləməsi faktiki olaraq Türkiyənin İrana verdiyi açıq və net mesajdır. Yəni, “Türkiyə Azərbaycanın yanındadır və İran həddini aşmamalıdır”. Nəticə etibarilə rəsmi Bakı bir daha təlimlər ilə göstərmiş oldu ki, heç kəs bizimlə hədə, diktə ritorikası ilə danışa bilməz. Azərbaycan 90-cı illərdəki zəif ölkə deyil. Azərbaycan Silahlı Qüvvələri istənilən ölkədən gələcək təhdidlərə, hücumlara hər zaman hazırdır”.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...