Səs siqnallarından istifadə qaydalarını pozanlar - Onları hansı cəza gözləyir?
Paytaxt küçələrində ara-sıra səs gücləndiricilərdən istifadə edən sürücülərlə qarşılaşırıq. Yüksək səslə musiqilərə qulaq asan avtomobil sahiblərinin bu addımı isə vətəndaşları, xüsusən də ətrafda yaşayan sakinləri narahat edir. Bununla bağlı Sfera.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, yüksək səslə musiqiyə qulaq asan sürücülərlə bağlı həqiqətən də narahatlıqlar var: “Bu, bir mədəniyyət məsələsidir. Bəziləri deyir ki, gəncəm, cavanam, bundan həzz alıram. Amma