Sovetlər “Pepsi”ni birdən-birə necə dünyanın 7-ci ən güclü Hərbi Dəniz Qüvvələrinə çevirdi?

Sovetlər “Pepsi”ni birdən-birə necə dünyanın 7-ci ən güclü Hərbi Dəniz Qüvvələrinə çevirdi?

1990-cı ildə Pepsi Sovet İttifaqı ilə maraqlı razılaşma əldə edib.

Sfera.az Sovet İttifaqının “Pepsi”ni birdən-birə dünyanın 7-ci ən güclü Hərbi Dəniz Qüvvələrinə çevirən maraqlı razılaşmanın təfərrüatlarını təqdim edir.

Sovetlər uzun illər idi ki, “Stoliçnaya” arağını “Pepsi”yə satırdılar, lakin bu dəfə “Pepsi” qarşılığında 10 sovet gəmisi alacaqdı.


1950-ci illərdə Stalinin ölümündən sonra Sovetlər indi Nikita Xruşşovun rəhbərliyi altında idi və bu yeni rəhbərin idarəçilik arzusu Stalininkindən bir qədər fərqli idi.



O, ölkəni dəyişmək, insanların güzəranını yaxşılaşdırmaq istəyirdi, Qulaq əmək düşərgələrini bağlamaq istəyirdi. Onun planları arasında ölkənin sərhədlərini açmaq və vətəndaşların dünyanı görməsini təmin etmək də var idi.


Bu libertar məqsədləri fonunda o, Moskvanın mərkəzində Amerika sərgisi açmaq qərarına gəlir.

ABŞ administrasiyası bu qərara müsbət cavab verib. Beləliklə, amerikalılar 1959-cu ilin yayında Moskvada sərgi təşkil ediblər. Sərgi ilə Sovetlərə televizorlar, sənət əsərləri, avtomobillər və dəb gətirdilər. ABŞ kapitalizmin “gözəl” tərəflərini göstərməyə çox can atırdı. Beləliklə, orta amerikalının necə yaşadığını göstərmək üçün hətta nümunəvi ev belə tikdilər.


6 həftə davam edən sərgini üç milyon sovet vətəndaşı ziyarət edib.
 

Ölkə daxilində uğurlu hadisə olsa da, əsas məqsəd sovetləri dünya ticarətinə sövq etmək idi. Amerika sərgi zamanı ölkəyə 450 brend gətirib. Bu brendlərin hər biri Sovet İttifaqında bizneslə məşğul olmağa can atırdı.

 

Bu markalardan biri də “Pepsi” idi.


Əslində, sərginin açılışından bir gün əvvəl “Pepsi”nin beynəlxalq menecmentinin rəhbəri Donald Kendall o vaxtkı vitse-prezident Niksonla görüşüb və Nikita Xruşşova mütləq bir yol ilə Pepsi içdirməyi tapşırıb.
 

Sərginin açıldığı gün Nikson model evin mətbəxində Xruşşovu qarşılayıb. İkisi arasında kommunizmlə kapitalizmi müqayisə edən söhbət baş tutub. Bundan sonra Nikson Xruşşova Pepsi təklif edib.
 

Xruşşovun bu içkini çox bəyənməsindən sonra “Pepsi” sovet bazarına çıxa bildi.

Donald Kendall dörd ildən sonra “Pepsi”nin baş direktoru oldu. 1980-ci illərə qədər Sovet İttifaqında hər il bir milyard şüşə Pepsi istehlak olunurdu.

 

Bəs bu içkilərin ödənişi necə olurdu?


Bilindiyi kimi, bu dövrdə rublun sovetlərdən kənar heç bir dəyəri yox idi. Ona görə də yeni ödəniş üsulu tapılmalı idi.


On illik danışıqlardan sonra “Pepsi” və Sovet İttifaqı satılan hər şüşə üçün “Pepsi”yə bir şüşə “Stolichnaya” arağı verməyə razılaşdılar. Bu araqlar ABŞ-da satılmalı idi. Amma ABŞ-da istehlak edilən arağın miqdarı sovetlərdə istehlak edilən kolanın miqdarına belə yaxın deyildi.

 

Ödəniş üsulu dəyərsizləşəndə ​​“Pepsi”ni çox sevən sovetlər yeni üsul tapmalı oldular.

 

1989-cu ilin yazında bu xəbər yayıldı: “Pepsi” indi 17 sualtı qayığa, bir kreyserə, freqata və torpedoya sahib idi.
“Pepsi” birdən-birə dünyanın 7-ci ən güclü dəniz ittifaqının sahibi olmuşdu. Ta ki, hər şeyi tullantı məhsullarının satışı ilə məşğul olanlara satana qədər.


“Pepsi”nin baş direktoru Kendall ABŞ-ın milli təhlükəsizlik müşaviri ilə bu ödəniş üsulu ilə bağlı müsahibə verərkən bunları deyib:


“Mən Sovet İttifaqını sizdən daha tez tərksilah edirəm”!


Gələn il Kendall daha "faydalı" bir iş üçün ölkə ilə müqavilə imzalayır.


Sovet İttifaqı tərəfindən tikiləcək 10 neft tankerinin müqabilində 1 milyard dollarlıq “Pepsi” mübadiləsi aparılmalı idi.

Əsrin müqaviləsi olaraq görülən bu sövdələşmə sovetlərin dağılması ilə reallaşa bilmədi.


Çünki indi tankeri istehsal edəcək hər bir iş xətti başqa ölkəyə aid idi. İşlər bu qədər qızışmışkən, tankerləri tikmək üçün heç bir yol yox idi. Bütün bu xaosda “Coca Cola” var gücü ilə Rusiya bazarına daxil oldu. Özəlləşdirmə hərəkatı zamanı inanılmaz ucuz qiymətə zavodlar aldılar və 1996-cı ildə artıq Rusiyada “Pepsi”ni qabaqladılar.


Bu gün də Rusiya hələ də “Pepsi”nin ABŞ-dan kənarda ən böyük alıcısıdır, lakin 90-cı illərdəki gücü artıq qalmayıb.

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...

Türkiyədə göl şaxtaya görə tamamilə dondu - FOTO

Türkiyənin Van bölgəsində Sıhke gölü donub.   Sfera.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.   Məlumata görə, Vandakı Sıhke g...

Qərb Ukraynaya vəd etdiyi yardımın yarısını verib

2022-ci ildə müharibə başlayandan Qərb ölkələri Ukraynaya 238.5 milyard dollarlıq yardım edib ki, bu da ölkənin eyni dövr üçün büdcə xərclərinin az qala 90%-i d...