Göyçayda şəhid polkovnik Babək Səmidli anıldı - FOTOLAR

Göyçayda şəhid polkovnik Babək Səmidli anıldı - FOTOLAR

Noyabrın 24-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid polkovnik Babək Mətləb oğlu Səmidli ölümünün üçüncü ilində anılıb.


Tədbirdə rayon icra hakimiyyətinin başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, şəhidin döyüş
yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə şəhidin xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.


Tədbirdə çıxış edənlər şəhid polkovnik Babək Səmidlinin  qısa və mənalı ömür yolundan bəhs edilib və qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Zəfər Qələbəsi qazanıb. Şəhid Babək Səmidli 2016-cı ilin aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsində iştirak edib, Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərə rəhbərlik edənlərdən biri olub.


Babək Səmidli 2020-ci ilin noyabr ayında minaya düşərək şəhidlik zirvəsinə ucalıb. 24 noyabr 2020-ci ildə doğma yurdu olan Göyçay şəhəri Şəhidlər Xiyabanında
böyük izdihamla dəfn edilib. Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik Babək Səmidlinin adını daşıyır. Xatırladaq ki, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Zəfər” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir. Şəhidin ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan söz açaraq ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

 


OXŞAR XƏBƏRLƏR