Model uşaqları itlərlə müqayisə etdiyinə görə tənqid atəşinə tutuldu

Model uşaqları itlərlə müqayisə etdiyinə görə tənqid atəşinə tutuldu

Avstraliyalı model Elli Qonsalves iti ilə oynadığı videonu lentə alıb. Videonun digər hissəsində isə qışqıran uşaqla ana təsvir edilir. Modelin paylaşımını şərh edənlər, bunun uğursuz bir müqayisə olduğunu düşündükləri üçün narazılıqlarını ifadə ediblər. Bununla belə, dəstək reaksiyalar da olub.
 

Sfera.az bildirir ki, modelin videosunu şərh edənlər onun uşaq sahibi olmaq istəyən insanları tənqid etdiyini bildiriblər.


Modelin yayımladığı qısa videoda ilk olaraq övladını geyindirməyə çalışan ana görmək olar. Bu zaman uşaq dayanmadan fırlanır, qışqırır, qadın isə onu var gücü ilə tutmağa çalışır. Son saniyələrdə onun “Aman Allahım!” sözünü qışqırması eşidilir.


Bundan sonra videoda Ellie Gonsalves görünür - o, itini gəzinti üçün geyindirir, heyvan isə sakitcə qucağında oturur və müqavimət göstərmir.

Videoya 6 mindən çox "like” gəlib, yüzlərlə tənqidi şərh yazılıb.


Onlar həmçinin qeyd ediblər ki, model bu video ilə insanların uşaq sahibi olmaq qərarlarını tənqid edir. Bu cür müqayisə uşaqların “pis qərar”olması deməkdir.


"Öz fikirlərini təsdiqləmək üçün başqasının qərarlarına hörmətsizlik etməyə ehtiyac duyan insanları heç vaxt başa düşməyəcəyəm. Bu paylaşımda heç bir yaxşı niyyət yoxdur.".

Videoya o qədər də sərt reaksiya verməməyi təklif edən istifadəçilər də olub. Onlar bəyənməyənlərə, sakitcə səhifəni tərk etməyi məsləhət görüblər.
 

Qeyd edək ki, Elli Qonsalves 33 yaşlı avstraliyalı model və bloqqerdir. “Instagram”da 1,2 milyon abunəçisi var. Evlidir, övlad sahibi deyil. O, sosial şəbəkələrdə şəxsi qulluq, kosmetika və geyim reklamına həsr olunmuş paylaşımları ilə məşhurdur.


Aynil
 


OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...