Rusiyada daha bir hava limanının fəaliyyəti məhdudlaşdırıldı

Rusiyada daha bir hava limanının fəaliyyəti məhdudlaşdırıldı
Kateqoriya məlum deyil
T

Rusiyanın Gelencik şəhərinin hava limanında iyunun 22-si səhər saatlarından etibarən müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Sfera.az bildirir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə saat 10:07-dən etibarən hava limanında təyyarələrin qəbulu və yola salınması dayandırılıb. Bildirilib ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunub.

Bundan əlavə, Moskvanın Şeremetyevo hava limanında da müvəqqəti məhdudiyyətlər qüvvəyə minib. Vnukovo və Domodedovo hava limanlarının isə aidiyyəti qurumlarla razılaşdırılmış qaydada reysləri qəbul edib yola saldığı qeyd olunub. Bu səbəbdən uçuş cədvəllərində dəyişikliklərin baş verə biləcəyi vurğulanıb.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə Rusiyanın müxtəlif regionlarında hava hücumundan müdafiə sistemləri 301 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. Məlumata görə, pilotsuz aparatların zərərsizləşdirilməsi iyunun 21-i saat 20:00-dan iyunun 22-si saat 07:00-dək davam edib.

İnci

Sfera.az

PAYLAŞ