Yeni baş nazir: "İlk xarici səfərim İsrailə olacaq"

Yeni baş nazir: "İlk xarici səfərim İsrailə olacaq"
Kateqoriya məlum deyil
T

Böyük Britaniyada Kir Starmerin istefasından sonar yeni parlament seçkiləri həyata keçirilib.

Sfera.az xəbər verir ki, Leyboristlər Partiyası daxilində liderlik mübarizəsinin pik həddə çatdığı bir vaxtda keçirilən "Makerfield" aralıq seçkilərində Endi Börnham qalib gəlib. Səslərin 55 faizini toplayaraq parlamentə daxil olan Burnham, eyni zamanda ölkənin yeni baş naziri postuna sahiblənib. Endi Börnhamın baş nazir postuna əyləşməsindən dərhal sonra onun keçmişdə verdiyi qalmaqallı bəyanatlar yenidən müzakirə mövzusuna çevrilib.

Ortaya çıxan köhnə video görüntülərdə Burnhamın baş nazir olacağı zaman ilk işinin İsrailə səfəri olacağını bildirib:

"Böyük Britaniyanın baş naziri olacağım təqdirdə ilk xarici səfərimi İsrailə edəcəm".

Onun bu mövqeyi xüsusilə İsrail-Fələstin münaqişəsi fonunda ciddi rezonans doğurub. Burnhamın keçmişdə İsraili dəstəkləyən "Labour Friends of Israel" (İsrailin Leyborist Dostları) qrupu ilə sıx əlaqələrə malik olduğu və müxtəlif dövrlərdə Təl-Əvivə açıq dəstək verdiyi bildirilib. Burnham, Həmasın 13 oktyabr 2023-cü ildəki hücumlarını "barbarca və fərq qoymadan edilən hücum" kimi qiymətləndirərək kəskin pisləsə də, İsrailin Qəzzadakı addımlarını "soyqırım" adlandırmaqdan israrla qaçıb.

Britaniya mətbuatı və siyasi ekspertlər yeni baş nazirin beynəlxalq böhranlara, xüsusilə də Yaxın Şərq siyasətinə necə yön verəcəyini yaxından təqib edir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ