Avropaya narıncı xəbərdarlıq : temperatur artır

Avropa regionu son iki aydır davam edən anomal isti hava dalğasının təsiri altındadır.
Fransa Meteorologiya Agentliyinin ("Meteo-France") yaydığı məlumata görə, yüksək temperatur səbəbindən xəbərdarlıq səviyyəsi bu gün 49 vilayətdə “qırmızı", 40 vilayətdə isə “narıncı"dərəcəyə qaldırılacaq.
Sfera.az xəbər verir ki, Fransa Milli Təhsil Naziri Eduar Geffray (Edouard Geffray) mövzu ilə bağlı verdiyi açıqlamada, bu gün 845 məktəbdə tədrisin dayandırılacağını bildirib. Nazir Geffray, həmçinin anomal istilərə görə daha 1800 məktəbdə dərslərin qrafikində dəyişiklik ediləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, gün ərzində ölkədə hava temperaturunun 41 dərəcəyə qədər yüksələcəyi, ekstremal istilərin növbəti həftə də davam edəcəyi gözlənilir. Paytaxt Parisi də təsiri altına alan bürkü ilə əlaqədar Paris meriyası həftə ərzində vətəndaşların təhlükəsizliyi üçün yeni məhdudiyyətlər və tədbirlər planı elan edib.
Bəsti Rəfizadə
