Logo

Qətərin Baş naziri: ABŞ İsrailə qarşı düzgün mövqedədir

Qətərin Baş naziri: ABŞ İsrailə qarşı düzgün mövqedədir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Taniİsrail ordusunun Livandakı hərbi əməliyyatlarını kəskin şəkildə pisləyib.

Sfera.az xəbər verir ki, Baş nazir İsrailin hökumət başçısı Binyamin Netanyahunun regional sabitliyi növbəti dəfə təhlükəyə atdığını vurğulayıb.

"Əl-Cəzirə" telekanalına müsahibə verən Əl-Tani regiondakı mövcud böhrana toxunaraq: "Təəssüf ki, bu, Netanyahunun Yaxın Şərqdə gərginliyi artırdığı ilk hal deyil”,– deyə bildirib.

Qətər hökumətinin rəhbəri İsrail tərəfinin beynəlxalq hüquq normalarını pozduğunu qeyd edərək bəyanatını bu sözlərlə davam etdirib:

"İsrailin atəşkəs dövründə, cəmi bir neçə gün ərzində 100-ə yaxın Livan vətəndaşını qətlə yetirməsi tamamilə qəbuledilməzdir. Livan torpaqlarının davam edən işğalına dərhal son qoyulmalı və ölkənin suverenliyinə hörmət edilməlidir".

Baş nazir, həmçinin Vaşinqtonun vasitəçilik missiyasına da toxunaraq, ABŞ-nin İsrailin Livandakı hərəkətləri ilə bağlı hazırda düzgün mövqe nümayiş etdirdiyini və lazımi rol oynadığını diqqətə çatdırıb.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR