FIFA-dan "Fenerbahçe"yə qadağa

Kateqoriya məlum deyil
T
"Fenerbahçe"nin FIFA-nın rəsmi transfer qadağaları siyahısında yer aldığı məlum olub. Türkiyə klubuna 3 transfer dövrünü əhatə edən oyunçu qeydiyyatı məhdudiyyəti tətbiq edildiyi bildirilib.
Sfera.az xəbər verir ki, FIFA sistemindəki məlumata əsasən, sanksiyanın maliyyə xarakterli dosye ilə əlaqəli olduğu qeyd olunur.
Müvafiq ödənişin həyata keçirilməsi halında qadağanın aradan qaldırıla biləcəyi bildirilir.
Bu səbəbdən məhdudiyyətin mütləq üç transfer dövrü qüvvədə qalması tələb olunmur.
Hazırda sanksiyanın hansı dosye üzrə tətbiq edildiyi və ödənilməli məbləğin nə qədər olduğu barədə ətraflı məlumat açıqlanmayıb.
"Fenerbahçe"dən də məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
İradə Elsevər
Açar sözlər:






