“AzParking” müraciət etdi: "Saxta mesajlara inanmayın"
Kateqoriya məlum deyil
Son günlər xarici telefon nömrələrindən “AzParking” adından vətəndaşlara ödənilməmiş parklanma haqqı ilə bağlı saxta mesajlar göndərilir.
Sfera.az xəbər verir ki, bu barədə “AzParking” MMC məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar naməlum nömrələrdən göndərilən parklanma borcu ilə bağlı bildirişlərə etibar etməməli və mesajlarda yer alan şübhəli keçidlərə daxil olmamalıdırlar.
“AzParking” istifadəçilərə xəbərdarlıq edərək bildirib ki, parklanma ilə bağlı rəsmi bildirişlər yalnız 1181 qısa nömrəsindən göndərilir.
Qeyd olunub ki, 1181 qısa nömrəsi xaricində parklanma ilə bağlı daxil olan digər bildirişlər etibarsızdır.
Şahanə Ziyad
Açar sözlər:






