Logo

İrlandiyada Co Baydenə etiraz: “Əlləriniz qana batıb!”

İrlandiyada Co Baydenə etiraz: “Əlləriniz qana batıb!”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-nin keçmiş prezidenti Co Bayden İrlandiyanın paytaxtı Dublində Fələstin tərəfdarlarının etirazı ilə qarşılaşıb. Etirazçılar onu “Əlləriniz qana batıb!”, “Soyqırımçı Co” və “Utan!” şüarları ilə qarşılayıblar.

Sfera.az xəbər verir ki, Bayden həyat yoldaşı Cil Baydenlə birlikdə Dublin şəhərindəki Triniti Kollecini ziyarət edib.

O, oğlu Hanter Baydenin ictimai müzakirələrə töhfələrinə görə qızıl medalla təltif olunması münasibətilə keçirilən tədbirdə iştirak edib.

Tədbirdən sonra universitet binasını tərk edən keçmiş prezident Fələstinə dəstək verən bir qrupun etirazı ilə üzləşib. Etirazçılar Baydenə süd qutuları da daxil olmaqla müxtəlif əşyalar atıblar.

Polis etirazçılara müdaxilə edib və hadisə zamanı azı iki nəfəri saxlayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR