rəsmi transfer
FIFA-dan "Fenerbahçe"yə qadağa
"Fenerbahçe"nin FIFA-nın rəsmi transfer qadağaları siyahısında yer aldığı məlum olub. Türkiyə klubuna 3 transfer dövrünü əhatə edən oyunçu qeydiyyatı məhdudiyyəti tətbiq edildiyi bildirilib. Sfera.az xəbər verir ki, FIFA sistemindəki məlumata əsasən, sanksiyanın maliyyə xarakterli dosye ilə əlaqəli olduğu qeyd olunur. Müvafiq ödənişin həyata keçirilməsi halında qadağanın aradan qaldırıla biləcəyi bildirilir. Bu səbəbdən məhdudiyyətin mütləq üç transfer dövrü qüvvədə qalması tələb olunmur.
Media26.09.2026 11:52

