transfer
"Sumqayıt" amerikalı basketbolçunu transfer etdi
"Sumqayıt" klubu amerikalı basketbolçu transfer edib. Sfera.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisindən verilən məlumata görə, komanda 27 yaşlı hücumçu Malek Qrinlə mövsümün sonuna qədər anlaşıb. 201 sm boya malik oyunçu son olaraq ABŞ-nin "Younqstovn Steyt" komandasında çıxış edib. Qrin bu komandada keçirdiyi son mövsümündə 10,1 xal və 5,7 ribaundla yadda qalıb. Bundan başqa, oyunçu Lüksemburq, Vyetnam, Xorvatiya, İngiltərə və Almaniya çempionatlarında da çıxış edib.
İdman29.09.26, 00:29
FIFA-dan "Fenerbahçe"yə qadağa
"Fenerbahçe"nin FIFA-nın rəsmi transfer qadağaları siyahısında yer aldığı məlum olub. Türkiyə klubuna 3 transfer dövrünü əhatə edən oyunçu qeydiyyatı məhdudiyyəti tətbiq edildiyi bildirilib. Sfera.az xəbər verir ki, FIFA sistemindəki məlumata əsasən, sanksiyanın maliyyə xarakterli dosye ilə əlaqəli olduğu qeyd olunur. Müvafiq ödənişin həyata keçirilməsi halında qadağanın aradan qaldırıla biləcəyi bildirilir. Bu səbəbdən məhdudiyyətin mütləq üç transfer dövrü qüvvədə qalması tələb olunmur.
Media26.09.26, 11:52
"Qarabağ" yeni futbolçu transfer etdi
"Qarabağ" heyətinə yeni futbolçu qatıb. Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi Dieqo Rosanı transfer edib. Məlumatı "köhlənlər"in mətbuat xidməti ysyıb. "Qarabağ" braziliyalı futbolçunun keçidini xüsusi video ilə açıqlayıb. 23 yaşlı dayaq yarımmüdafiəçisi Kiprin APOEL klubundan bir mövsümlük icarəyə götürülüb. O, geridə qalan "futbol ili"ndə bu komandanın heyətində 35 matça çıxaraq 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Rosa bu yay "Qarabağ”ın etdiyi 11-ci transfer olub.
İdman30.08.26, 13:40
“Qarabağ” 2 milyonluq transfer edir?
“Qarabağ”ın Bolqarıstanın ÇSKA (Sofiya) klubunun yarımmüdafiəçisi Ceyms Etonu transfer etmək istəyir. Sfera.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Lakin Ağdam təmsilçisi futbolçu üçün 2 milyon avro ödəməlidir. Hazırda tərəflər arasında danışıqlar davam edir. Xatırladaq ki, ÇSKA “Qarabağ”ı Avropa Liqasının seçmə mərhələsinin ikinci turunda (0-0, 0-0, penaltilərdə 5-4) mübarizədən kənarlaşdırıb və Eto cavab görüşündə həlledici penaltini yerinə yetirmişdi./Qafqazinfo
İdman18.08.26, 13:20
"Neftçi" Varqasın transferini açıqladı
"Neftçi” ötən mövsüm komandada icarə əsasında çıxış edən Fredi Varqasın transfer hüquqlarını alıb. Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Venesuela milli komandasının üzvü ilə 2+1 illik müqavilə imzalanıb. Qeyd edək ki, Varqas 2025-ci ilin yayında İsrailin "Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.
İdman22.07.26, 18:04
"Qalatasaray" "Arsenal"ın kapitanını transfer etmək istəyir
"Arsenal"ın kapitanı Martin Edeqor karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. "Qalatasaray" norveçli yarımmüdafiəçini transfer etmək istəyir. Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb. İstanbul nəhənginin rəhbərliyi Edeqorun meneceri Byorn Kvarme ilə müzakirələr aparıb. Danışıqların müsbət istiqamətdə getdiyi bildirilir. 27 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə PSJ və "Bavariya"da maraqlanır. Qeyd edək ki, "Arsenal" Martin Edeqoru 2021-ci
İdman04.07.26, 17:04






