“Mən də təzminat tələb edirəm”

“Mən də təzminat tələb edirəm”
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-dan təzminat tələb etməsinə münasibət bildirib. Tramp bu məsələnin əvvəlki danışıqlarda heç vaxt müzakirə olunmadığını deyərək özü də İrandan təzminat tələb etdiyini açıqlayıb.

Sfera.az xəbər verir ki, iki ölkə arasında Pakistan və Türkiyənin vasitəçiliyi ilə qurulan danışıqlar prosesi qısa müddət sonra dayanıb. Trampın son açıqlamasından sonra tərəflər arasında qarşıdurmanın yenidən başladığı bildirilir.

İran tərəfi ABŞ-ın əldə olunan razılaşmanın şərtlərini pozduğunu iddia edərək, danışıqlar masasına qayıtmaq üçün bir sıra şərtlər irəli sürüb. Bu şərtlər arasında qarşıdurmalar nəticəsində yaranan maddi ziyanın ABŞ tərəfindən təzmin edilməsi də yer alıb.

“Bu məsələ danışıqlarda heç vaxt müzakirə olunmayıb”

ABŞ Prezidenti münaqişənin İranın nüvə silahına sahib olmasının qarşısını almaq məqsədi daşıdığını bildirib.

Tramp sosial media hesabında İran nümayəndələrinin son beş ay ərzindəki hərbi qarşıdurma zamanı dəymiş zərərə görə təzminat tələb etdiyini qeyd edib. O, bu məsələnin ABŞ-İran danışıqlarında və görüşlərində heç vaxt gündəmə gəlmədiyini vurğulayıb.

“Mən də İrandan təzminat tələb edirəm”

Tramp İranın tələbinə cavab olaraq özü də Tehrandan təzminat tələb etdiyini açıqlayıb.

ABŞ Prezidenti İran tərəfindən müxtəlif qarşıdurmalarda öldürülən və yaralanan şəxslərin ailələri üçün, həmçinin USS Cole gəmisində həyatını itirənlərin ailələri və digər qurbanlar üçün təzminat ödənilməsini tələb etdiyini bildirib.

Tramp həmçinin İranın son 50 ildə hökumət və rejim əleyhinə etirazlar zamanı öldürüldüyünü iddia etdiyi yüz minlərlə insanın ailələrinə də təzminat ödənilməli olduğunu deyib.

O, nümayəndələrinə bu tələbin gələcək danışıqlarda mütləq şəkildə gündəmə gətirilməsi barədə göstəriş verdiyini açıqlayıb.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR