Qala, mağara, dəyirman... – Turistlərin yeni seçimi
Adi oteldə qalmaq əvəzinə qala, mağara, ağac evində və ya su üzərində yerləşən evdə gecələmək istəyənlər üçün dünyada kifayət qədər qeyri-adi seçimlər var. Bu baxımdan Avropada ən çox alternativ yaşayış məkanına malik ölkə də müəyyənləşib. Sfera.az xəbər verir ki, Holafly tərəfindən hazırlanan yeni reytinqdə dünyada ən çox qeyri-adi qalma məkanına sahib ölkələr müəyyənləşdirilib. Araşdırmada Airbnb-də yerləşdirilən mağara, qala, ağac evləri, suüstü evlər, külək dəyirmanları, mayaklar, yeraltı