Tacir Şahmalıoğlunun ölüm xəbəri yayıldı

Tacir Şahmalıoğlunun ölüm xəbəri yayıldı
Kateqoriya məlum deyil
T

Bir müddət öncə öd kisəsində problem yaranan və təcili əməliyyat olunan müğənni Tacir Şahmalıoğlunun sosial şəbəkələrdə ölüm xəbəri yayılıb.

Sfera.az xəbər verir ki, yayılan xəbərlərlə bağlı Oxu.Az müğənninin özü ilə əlaqə saxlayıb.

Açıqlama verən T.Şahmalıoğlu bildirib ki, sözügedən xəbərlər şayiədir və hazırda özünü yaxşı hiss edir.

Qeyd edək ki, T.Şahmalıoğlu ötən gün mediaya açıqlamasında şəkər xəstəliyindən əziyyət çəkdiyini bildirib. O, səhhətində yaranan problemin öd kisəsi ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, İstanbulda əməliyyat olunduqdan sonra Bakıya qayıdıb və burada qəfil şiddətli ağrılar başlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR