Noutbukun batareyası tez bitir? - Bu ayarları dəyişin

Noutbukun batareyası tez bitir? - Bu ayarları dəyişin
Kateqoriya məlum deyil
T

"Windows" əməliyyat sistemi ilə işləyən noutbukun bir dəfəlik enerji ilə daha uzun müddət işləməsi üçün enerji sərfiyyatı parametrlərini dəyişmək və ekranın parlaqlığını azaltmaq tövsiyə olunur.

Sfera.az xəbər verir ki, bu barədə “MobilesTalk” nəşri məlumat yayıb. Mütəxəssislər ilk növbədə əməliyyat sisteminin parametrlərində “Enerji və batareya” bölməsinə daxil olaraq “Enerji sərfiyyatı üzrə tövsiyələr” hissəsində sistemin təklif etdiyi bütün tövsiyələrin tətbiq edilməsini məsləhət görüb. Həmçinin “Enerji rejimi” bölməsindən “Ən yaxşı enerji səmərəliliyi” seçiminin aktivləşdirilməsi tövsiyə olunur. Bu rejim işə salındıqda əməliyyat sistemi bəzi fon proseslərini məhdudlaşdırır və prosessorun yüksək güc tələb etmədiyi hallarda məhsuldarlığı azaldır.

Bundan əlavə, ekranın sönməsi və kompüterin yuxu rejiminə keçməsi üçün nəzərdə tutulan müddəti azaltmaq olar. Xüsusilə noutbuk batareya ilə işləyərkən bu parametrlərin dəyişdirilməsi faydalıdır. Mütəxəssislər ekranın noutbukda ən çox enerji sərf edən komponentlərdən biri olduğunu bildiriblər. Buna görə də ekran parlaqlığının göz üçün rahat səviyyəyə endirilməsi və cihaz dəstəkləyirsə, dinamik yenilənmə tezliyinin aktivləşdirilməsi tövsiyə edilir.

Bununla yanaşı, “Batareyadan istifadə” bölməsinə daxil olaraq kompüterin resurslarından ən çox istifadə edən proqramları müəyyənləşdirmək mümkündür. Bu proqramların istifadəsinin məhdudlaşdırılması batareyanın daha uzun müddət işləməsinə kömək edə bilər. Mütəxəssislər həmçinin bildiriblər ki, noutbukun batareyası uzun illər istifadə nəticəsində köhnəlibsə, onu dəyişdirmək daha məqsədəuyğundur.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR