Azərbaycanda telefon bazarında rekord: Ən çox hansı telefonlar alınır?

Azərbaycanda telefon bazarında rekord: Ən çox hansı telefonlar alınır?
Kateqoriya məlum deyil
T

Azərbaycanda smartfon bazarı son illərdə sürətlə böyüyüb. Rəsmi məlumatlara görə, ölkəyə smartfon idxalının sayına görə 2024-cü il rekord göstərici ilə yadda qalıb.

Sfera.az bildirir ki, həmin il Azərbaycana 1 milyon 509 min 802 smartfon gətirilib. İdxal olunan telefonların ümumi dəyəri isə təxminən 440 milyon ABŞ dolları təşkil edib.

2025-ci ildə smartfon idxalı 11 faiz azalaraq 1 milyon 344 min 329 ədədə düşüb. Buna baxmayaraq, gətirilən telefonların ümumi dəyəri 457,3 milyon dollara yüksəlib. Bu isə daha bahalı modellərə tələbatın artdığını göstərir.

Azərbaycanda ən çox hansı telefonlar istifadə olunur?

Bazar payı üzrə Azərbaycanda "Samsung", "Apple" və "Xiaomi" əsas smartfon markaları hesab olunur.

2025-ci ilin yekun göstəricilərinə əsasən," Samsung" 25,19 faiz payla birinci yerdə qərarlaşıb. "Apple" 22,79 faiz, "Xiaomi" isə 18,9 faiz paya sahib olub.

Model baxımından isə "iPhone 16" seriyası, Samsung-un "Galaxy A" seriyası və "Galaxy S" modelləri ölkədə ən çox maraq göstərilən telefonlar arasında olub.

Beləliklə, Azərbaycanda smartfon bazarında həm telefonların sayında, həm də daha bahalı modellərə tələbatda dəyişiklik müşahidə olunur. Mövcud məlumatlara əsasən, 2024-cü il ölkəyə gətirilən smartfonların sayına görə son illərin rekord ili olub.

2026-cı ildə hansı telefon markası liderdir?

2026-cı ilin sentyabr ayının göstəricilərinə əsasən, Azərbaycanda mobil telefon bazarında "Samsung" liderdir. Şirkətin bazar payı 40,95 faiz təşkil edib. İkinci yerdə "Xiaomi" 28,71 faiz payla qərarlaşıb. "Apple" isə 15,66 faizlə üçüncü olub. Honor və Huawei-nin payı müvafiq olaraq 2,52 və 2,2 faiz təşkil edib.

Bu göstəricilər birbaşa mağazalarda satılan telefonların sayını deyil, cihazlardan istifadə və bazar payını əks etdirir.

Beləliklə, hazırda Azərbaycanda ən populyar mobil telefon markası "Samsung", ondan sonra isə "Xiaomi" və "Apple" gəlir. Eyni zamanda, ölkəyə smartfon idxalının sayına görə 2024-cü il son illərin rekord göstəricisi olaraq qalır.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR