Məşhur aktrisa 103 yaşında vəfat etdi

Məşhur aktrisa 103 yaşında vəfat etdi
Kateqoriya məlum deyil
T

Amerikalı aktrisa, “Oskar” mükafatı laureatı Eva Mari Sent 103-cü ilində vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə "Variety" jurnalı məlumat yayıb.

"Aktrisa Eva Mari Sent çərşənbə axşamı Los-Ancelesdəki evində vəfat edib. Onun 102 yaşı var idi", — materialda deyilir.

Sent 4 iyul 1924-cü ildə Nyu-Cersi ştatının Nyuark şəhərində anadan olub. Gələcək aktrisa 1942-ci ildə Delmardakı məktəbi bitirdikdən sonra Ohayo ştatındakı Boulinq-Qrin Universitetinə daxil olub. Təhsil aldığı müddətdə tələbə teatrının fəaliyyətində fəal iştirak edib, həmçinin Delta Gamma qadın cəmiyyətinin üzvü olub. Sent 1946-cı ildə universiteti bitirib.

Onun radio və televiziyadakı karyerası 1940-cı illərin sonlarında başlayıb. Aktrisa böyük ekranda ilk dəfə 1954-cü ildə “Limanın üstündə” filmində Edi Doyl rolunda çəkilib. Bu işinə görə o, ən yaxşı ikinci plan qadın roluna görə “Oskar” mükafatına layiq görülüb.

1951-ci ildə Sent rejissor və prodüser Ceffri Heydenlə ailə qurub. O, 24 dekabr 2016-cı ildə vəfat edib. Aktrisanın iki övladı, dörd nəvəsi və iki nəticəsi qalıb./publika

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR