Qeyri-sabit hava insanların əhvalına mənfi təsir göstərib
Son günlər ölkədə hava şəraitində tez-tez yaşanan dəyişikliklər meteohəssas insanların sağlamlıq vəziyyətinə təsir göstərir. Sfera.az xəbər verir ki, atmosfer təzyiqinin enib-qalxması, rütubət artımı və güclü külək xüsusilə baş ağrısı, yorğunluq və əsəbilik yaradır. Meteohəssaslıq daha çox ürək-damar xəstəlikləri, migren və vegetativ sinir sistemi problemi olan insanlarda özünü göstərir. Onlarda hava dəyişdikdə baş ağrısı kəskinləşə, yuxusuzluq, halsızlıq və oynaqlarda ağrı arta bilər.