"Ötən gün 170-ə yaxın binaya baxdım, hamısı qəzalıdır" - Deputat

"Ötən gün 170-ə yaxın binaya baxdım, hamısı qəzalıdır" - Deputat
Kateqoriya məlum deyil
T

"Ötən gün Hövsan qəsəbəsində bir qəzalı binanın balkonunun uçması nəticəsində qadın xəsarət alıb. Mən ötən gün Bakıxanov qəsəbəsində 170-ə yaxın qəzalı binaya baxış keçirdim. Bütün dövlət orqanlarına müraciət etdim, hamısının aktları var ki, bina qəzalıdır".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

 

Millət vəkili bildirib ki, sabah hansısa bina uçsa, məsuliyyəti heç kim üzərinə götürməyəcək:

 

"Halbuki sadə mexanizm var. Sahibkar bir binanın pulunu ödəyir, dövlət büdcəsindən bir qəpik pul xərclənmir, beşmərtəbə əvəzinə doqquzmərtəbəli bina tikir, beş mərtəbəyə həmin sakinləri köçürür, dörd mərtəbəni də satır özü pul qazanır. Sadə mexanizmləri tətbiq etmək əvəzinə vətəndaşın həyatının risk altına atılmasının məsuliyyətini heç kim daşımır".

 

Xatırladaq ki, ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayış binasının eyvanı uçub. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR