Bu ərazilərində qaz olmayacaq

Bu ərazilərində qaz olmayacaq
Kateqoriya məlum deyil
T

Bu gün saat 10:00-dan etibarən "Tiflis prospekti" ölçü qovşağının girişində yaranmış sızmanın ləğv edilməsi məqsədilə qaz təchizatı dayandırılacaq.

 

Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Bakının Binəqədi rayonunun 6, 7 və 9-cu mikrorayonlarının, Motodrom, Varovski və Xutor yaşayış massivlərinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsinin bir hissəsinin, Y.Hüseynov, X.Natavan, Q.Süleymanov, T.Şevçenko, L.Tolstoy, Ə.Qasımov, R.İsmayılov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR