1-ci sinif şagirdi məktəbdə öldü

1-ci sinif şagirdi məktəbdə öldü
Kateqoriya məlum deyil
T

Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird vəfat edib.

 

Sfera.az xəbər verir ki, noyabrın 27-si Masazırdakı 1 N-li tam orta məktəbin qarşısında 1-ci sinif şagirdi, qəsəbə sakini 2018-ci il təvəllüdlü Emin Etibar oğlu Həmidovun qəflətən halı pisləşib.

 

Təcili tibbi yardım gələnədək azyaşlı vəfat edib.

 

Şagirdin qan azlığı və ürək problemlərindən əziyyət çəkdiyi bildirilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

PAYLAŞ