Almaniyada müəllim parik və eynək taxaraq Putin tərəfdarı kanalda işləyib
Almaniyada müəllim sağçı ekstremist Putinyönlü YouTube kanalı Compact TV-nin aparıcısı işləyib. O, özünün Elina adını Anna Şnayderə dəyişərək, tanınmamaq üçün parik və eynək taxıb. Sfera.az bildirir ki, gənc qadın ifrat sağçı kanal vasitəsilə vaxtaşırı rus təbliğatını və sui-qəsd nəzəriyyələrini yayır, vətəndaşları hökumətə, müsəlmanlara və yəhudilərə qarşı qızışdırıb. Lakin, qadının maskalanması da kömək etməyib. O, bu cür “dərsdənkənar iş” ucbatından ifşa olunaraq, müəllimlikdən qovulub. Bu