Zoluşka real həyatda - Ona "gecəqonduların şahzadəsi" ləqəbi verildi - VİDEO

Zoluşka real həyatda - Ona

Malisha (Malişa) Kharwa Hindistanın Dharavi şəhərinin məşhur Mumbay gecəqondularında böyüyüb. Amerikalı aktyorla təsadüfi görüş sayəsində o, Hindistanın ən məşhur yeniyetmə modellərindən birinə çevrilib.
 

Sfera.az bildirir ki, 15 yaşındakı Malisha Kharwa artıq “Vogue” və “Cosmopolitan” beynəlxalq moda jurnallarının üz qabığına çıxıb, lüks dəriyə qulluq brendinin simasına çevrilib və İnstaqramda 300 mindən çox izləyici toplayıb.
 

Malisha indi Hindistanda ən tanınan simalardan biridir, lakin cəmi üç il əvvəl o, Mumbayın gecəqondularında yaşayan bir uşaq idi. Yalnız amerikalı aktyor Robert Hoffmanla xoşbəxt görüş sayəsində onun həyatı köklü şəkildə dəyişib və uşaqlıq arzusunu reallaşdırmaq şansı qazanıb


"Həyatım dəyişdi. Əvvəllər nə afişalarda, nə qəzetlərdə, nə də telekanallarda çıxış edirdim, amma indi dünyanın hər yerindəyəm. Hamı məni tanıyır və selfi çəkdirməyimi xahiş edir. Özümlə fəxr edirəm. Mən həmişə model olmaq istəmişdim. Beş yaşımdan model olmaq arzusundayam. Çox xoşbəxtəm. Nə vaxtsa supermodel olmaq arzusundayam” - deyə Malisha bildirib.
 

Üç il əvvəl Robert Hoffman Mumbayda klip çəkdirərkən müvəqqəti çadırın içərisində döşəkdə oturan heyrətamiz görünüşlü bir qız görüb. Onunla danışıb və videonu sosial mediada yerləşdirib. Video dərhal viral olub. Malisha tezliklə beynəlxalq sensasiyaya çevrilib və dinləmə təklifləri gəlməyə başlayıb.
 

Yeniyetmə qız bahalı sifarişlər almağa başlayıb. Qazandığı ilk pulla o, ailəsini gecəqondulardan layiqli bir otaqlı mənzilə köçürüb.
 

"Əvvəllər işığımız yox idi, su almaq üçün uzaqdan piyada gedirdik, indi isə hər şeyimiz var. Bələdiyyə tez-tez daxmalarımızı sökürdü, amma indi başımızın üstündə etibarlı dam örtüyü var. Atam mənimlə fəxr edir".


Bu il Malisha Kharwa lüks gözəllik brendi “Forest Essentials”ın yeni "The Yuvati Collection" kampaniyasının siması olub. Onun heyrətamiz hekayəsi bununla bitmir. 15 yaşlı qız həm onlayn, həm də oflayn rejimdə diqqəti cəlb etməyə davam etdiyi üçün getdikcə populyarlaşır.


Malisha tez-tez "gecəqondu şahzadəsi" adlanır və Hindistanın gecəqondularından qaçmaq arzusunda olan milyonlarla yeniyetmə üçün ümid simvoluna çevrilir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...