Logo

Almaniya iqtisadiyyatında artım sürətlənəcək

Almaniya iqtisadiyyatında artım sürətlənəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniya iqtisadiyyatında 2026-cı ilin son aylarında artım tempinin sürətlənəcəyi gözlənilir. Buna səbəb dövlət büdcəsindən ayrılan genişmiqyaslı dəstək tədbirləri və əlverişli iqtisadi şəraitdir.

Sfera.az xəbər verir ki, bu barədə Almaniya Federal Bankının (Bundesbank) proqnozunda bildirilib. Məlumatı “Bloomberg” yayıb.

Proqnoza əsasən, ölkə iqtisadiyyatının canlanması Avropanın ən böyük iqtisadiyyatının enerji daşıyıcılarının qiymətlərindəki kəskin artıma qarşı dayanıqlılığını nümayiş etdirəcək.

Bununla yanaşı, Bundesbank inflyasiyanın gələn ilin əvvəlində əhəmiyyətli dərəcədə sürətlənəcəyini gözləyir. Hazırda 2,9 faiz səviyyəsinə çatan inflyasiyaya müvəqqəti dövlət yanacaq vergisi güzəştinin müddətinin başa çatması və təbii qaz müqavilələrində qiymətlərin yenilənməsi təsir göstərə bilər.

Qeyd edək ki, oktyabrda Avrozonada və Avropa İttifaqında illik inflyasiya 4 faiz təşkil edib. Sentyabrda bu göstərici 3,8 faiz olub.

Avropa İttifaqı ölkələri arasında ən aşağı inflyasiya İsveçdə (0,6 faiz), Çexiya və Danimarkada (hər birində 2,1 faiz) qeydə alınıb. Ən yüksək göstəricilər isə Rumıniyada (7 faiz), Litvada (6,1 faiz) və Bolqarıstanda (5,9 faiz) müşahidə edilib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR