Atasının oğlu - Kardaşyanın oğlu paparassilərə üçüncü barmaq göstərdi - VİDEO

Atasının oğlu - Kardaşyanın oğlu paparassilərə üçüncü barmaq göstərdi - VİDEO

Kim Kradaşyan və Kanye Westin oğlu, yeddi yaşında olan Sent paparassilərə orta barmağını göstərərək ictimai yerlərdə pis davranışı nümayiş etdirib.

 

Sfera.az bildirir ki, Kim oğlunu nalayiq davranışa görə danlamasına baxmayaraq, uşaq yenə də hərəkətini təkrarlayıb.


Uşaq anası tərəfindən dərhal “cəzalandırılsa” da, görüntülər viral olub.



Yayımlanan videoda oğlan Los-Ancelesdəki basketbol oyunundan ayrılır. Paparassilər onu və Kimi “Islands” restoranının yaxınlığındakı dayanacaqda yaxalayıb. Kameraları görən Saint, iki dəfə düşünmədən onlara orta barmağını göstərərək, gülüb.



Oğlunun davranışını görən Kardaşyan onu danlayıb və bir anlıq oğlanın üzünü əli ilə örtüb.
 

Binaya daxil olan uşaq növbəti dəfə də kobud jest göstərib.


Xoşagəlməz hadisəyə baxmayaraq, Kim o anda heyrətləndirici görünüb.



Həmin gün Kim və bu yaxınlarda 10 yaşı tamam olan böyük qızı Nort dəbdəbəli Nobu Malibu restoranında görünüb. Görünür, qız bir az fərqlidir. O, restoranın girişində rəqs edib və burada paparassilər tərəfindən aktiv şəkildə çəkilərkən, gülümsəyib.


Qeyd edək ki, media Kim Kardaşyanın guya əri Kanye Uestin İtaliyadakı davranışına görə çox utandığını yazıb. Guya Kim şalvarsız qayığa minən və arvadına çox ədəbsiz paltarlar geyindirən atalarının hərəkətlərini uşaqlarına necə izah edəcəyini bilmirmiş.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR