Rusiyada ağır qəza - 3 ölü, 17 yaralı

20:36 / 24.09.2023
5531
Sentyabrın 24-də Rusiyanın Nijni Novqorod vilayətində baş verən yol qəzasında 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, Kstovski rayonunun Şelokşa kəndi yaxınlığında M-7 şosesində avtobus və yük maşını toqquşub.
Xəsarət alan 17 nəfərdən 9-u xəstəxanaya yerləşdirilib, beşinin vəziyyəti ağırdır. Qəzada 3 nəfər ölüb.