“İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır” - Simonyan

“İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır” - Simonyan
Kateqoriya məlum deyil
T

“İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır”.

 

“Caliber” teleqram kanalının məlumatına görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə sülh sazişinin imzalanması mümkündür:

 

“İrəvan bu məsələdə irəliyə doğru addım atılmasını çox istərdi”.

 

“Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Biz buna hazırıq", - Alen Simonyan İctimai Televiziyada deyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR