Fransa təyyarələri üçün hava məkanı bağlandı

21:10 / 24.09.2023
5356
Nigerdə hakimiyyəti ələ keçirən qiyamçılar Fransa təyyarələrinin ölkənin hava məkanından istifadəsinə qadağa qoyub.
Sfera.az xəbər verir ki, bu barədə Afrika və Madaqaskar Hava Naviqasiyasının Təhlükəsizliyi Agentliyi (ASECNA) məlumat yayıb.
Açıqlamada deyilir ki, Nigerin hava məkanı “Fransa təyyarələri və ya Fransa tərəfindən icarəyə götürülmüş, o cümlədən “Air France”a məxsus təyyarələr istisna olmaqla, bütün daxili və beynəlxalq kommersiya uçuşları üçün açıqdır”.