Komitə sədri: "ABŞ və Aİ-nin maliyyə yardımını dayandırması Gürcüstana təsir etməyəcək"
ABŞ və Avropa İttifaqının (Aİ) maliyyə yardımı Gürcüstan vətəndaşlarına birbaşa təsir göstərmir, ona görə də bu yardımın dayandırılmasından ölkəyə ziyan dəyməyəcək. Sfera.az -ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan parlamentinin Prosedur məsələlər və qaydalar komitəsinin rəhbəri İrakli Kadaqişvili deyib. “Təəssüf ki, sözügedən yardım əsasən amerikalıların və avropalıların burada qalmasına xidmət edib, bunun bizim vətəndaşlarımıza, hökumətin fəaliyyətinə, pensiya, maaş, səhiyyə,